Gürcüstan millisi vəd olunan pulu aldı

gurcustan-millisi-ved-olunan-pulu-aldi
Oxunma sayı: 16398

AÇ-2024-də 1/8 finala vəsiqə qazanan Gürcüstan millisinin futbolçuları onlara vəd olunan pulu alıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, yığma üzvlərinə ümumilikdə 10 milyon dollardan çox pul mükafatı verilib.

Xatırladaq ki, Gürcüstan millisi 1/8 finalda iyunun 30-da İspaniya ilə qarşılaşacaq.