Gürcüstan və NATO gəmiləri Qara dənizdə birgə təlimlər keçirdi

gurcustan-ve-nato-gemileri-qara-denizde-birge-telimler-kecirdi
Oxunma sayı: 683

NATO-nun İkinci Daimi Dəniz Birliyinin (SNMG2) hərbi gəmiləri Qara dənizdə Gürcüstan Sahil Mühafizəsinin gəmiləri ilə təlimlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Ortaq dəniz manevrlərində DİN Sərhəd Polisinin Sahil Mühafizəsi gəmiləri, habelə NATO-nun ikinci daimi donanması “Regina Maria” (Rumıniya), “Kemal Reis” (Türkiyə) və “Smeli” (Bolqarıstan) gəmiləri iştirak edib. Təlimlərin məqsədi Gürcüstanın dəniz birlikləri və ittifaq üzvlərinin uyğunluq səviyyəsini artırmaqdır”,- deyə açıqlamada qeyd olunub.

Birgə təlimlər koronavirus pandemiyası səbəbindən bütün tövsiyələr və ehtiyatlar nəzərə alınaraq baş tutub. Daxili İşlər Nazirliyi pandemiya fonunda NATO gəmilərinin ziyarətinin ittifaqın güclü dəstəyindən bəhs etdiyini bildirib.

Martın 15-də Gürcüstanın ərazi sularına daxil olan NATO gəmiləri artıq ölkəni tərk ediblər.