Gürcüstanın Baş Naziri Serbiya silahlarının daşınması xəbərinə aydınlıq gətirdi

gurcustanin-bas-naziri-serbiya-silahlarinin-dasinmasi-xeberine-aydinliq-getirdi
Oxunma sayı: 7329

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Gürcüstan və Azərbaycan arasındakı strateji tərəfdaşlığa heç bir təhlükənin, ölkələr arasında anlaşılmazlıqların olmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Baş Nazir bununla bağlı jurnalistlərə açıqlama verib: "Strateji tərəfdaşlığımızı və qardaşlığımızı heç bir şey təhdid etmir".

Gürcüstanın hökumət başçısı mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını və Gürcüstanın bütün beynəlxalq öhdəlikləri yerinə yetirdiyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi zamanıSerbiyadan Ermənistana silah tədarükü üçün Gürcüstan ərazisinin istifadə edildiyi barədə xəbərlər yayılmışdı. Gürcüstan Xarici İşlər Nazirliyi isə bu mesajları iki tərəfdaş ölkə arasında münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlmiş dezinformasiya kiçi qiymətləndirmişdi.