Hacıkənddə qar problemlər yaratdı - Maşınlar yolda qaldı - Fotolar - Video

hacikendde-qar-problemler-yaratdi
Oxunma sayı: 1255

Gəncənin Hacıkənd qəsəbəsinə yağan qar bir sıra problemlər yaradıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb.

Nəticədə avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb, nəqliyyat vasitələri yolda qalıb.

Qar yağışı davam edir.

Yunis Quliyev