Hadisənin sevgilisinin evində yaşadığı belə məlum oldu - Video

hadisenin-sevgilisinin-evinde-yasadigi-bele-melum-oldu
Oxunma sayı: 5940

TV 8-də yayımlanan məşhur “Survivor” yarışmasının dünənki buraxılışının virtual qonağı müğənni Hadisə olub.

“Qafqazinfo” xəbər verir ki, İstanbuldan görüntülü olaraq Dominikana bağlanan sənətçi aktyor sevgilisi Kaan Yıldırımın evindən hər kəsi salamlayıb.

Evin divar dizaynından məlum olub ki, Hadisə karantin rejimində Kaanla birgə qalır.

Bundan əlavə, Hadisə yarışma iştirakçıları Sercan və Nisa arasında yaranan eşq barədə aparıcı Acun Ilıcalıya sual verib.

Daha sonra Acun Hadisənin sualını  K. Yıldırımla bağlı  cavablandırıb. “Sən Türkiyədən buradakı eşq qoxusunu alırsan. Amma mən də Dominikandan Türkiyədəki sevgi qoxusunu alıram”,- deyə aparıcı qeyd edib.