Hakan Fidandan öldürülən “Hizbullah” lideri ilə bağlı - Açıqlama

hakan-fidandan-oldurulen-hizbullah-lideri-ile-bagli
Oxunma sayı: 27579

“Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün önəmli fiqur idi. Onu əvəz etmək çətin olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda “TRT Haber”ə açıqlamasında deyib.

“ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, - nazir bildirib.

Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.