Hakimləri təhqir etdi, 4 oyunluq cəzalandı

hakimleri-tehqir-etdi-4-oyunluq-cezalandi
Oxunma sayı: 1007

İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qusar” – “Şahdağ Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilib.

“Göygöl” – “Dinamo” oyununun 84-cü dəqiqəsində “Dinamo” klubunun 8 nömrəli futbolçusu Yusif Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Dinamo” klubu 300 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində “Sheki City” klubunun baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sheki City” klubu 150 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununun 90+5-ci dəqiqəsində “Kür-Araz” klubunun 17 nömrəli futbolçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Kür-Araz” klubu 150 manat cərimə edilib.

“Sheki City” – “Kür-Araz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununda “Şəfa” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununun 76-cı dəqiqəsində “Şəmkir” klubunun 20 nömrəli futbolçusu Elcan Rəhimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şəmkir” klubu 150 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilib.

“Şəfa” – “Şəmkir” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Şəfa” klubu 100 manat cərimə edilib.