Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi keçirilir - Fotolar

xezerde-dalga-2024-birge-taktiki-telimi-kecirilir
Oxunma sayı: 1232

Bu gün Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Dalğa-2024" birgə taktiki təlimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, HDQ və FHN şəxsi heyət və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.