Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş müstəntiq Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
T.Qurbanov özünün ev dustaqlığılan buraxılması üçün verdiyi vəsatət təmin edilməyib.
Məhkəmə prosesi yanvarın 13-də davam etdiriləcək.
Qeyd edək ki, T.Qurbanov əvvəllər müstəntiq, istintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvüdür. O, 6 nəfərdən 80 min manat pul alaraq qaytarmamaqda ittiham edilir.
Son xəbərlər
Son Xəbərlər