Xəbər verdiyimiz kimi, məhkum müğənni Deniz Seki ATV-nin “Eşkiya dünyaya hökümdar olmaz” serialının 14-cü bölümündə rol alıb. Serialın səhnələri Sekinin qaldığı Bakırköy Qadın Cəza Həbsxanasında lentə alınıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənninin serialda rol alması birmənalı qarşılanmayıb. Bununla bağlı Ədliyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, həbsxanada olan hər hansı bir məhkum könüllü şəkildə məhkəməyə sənədlə müraciət edərək sosial fəaliyyət çərçivəsində filmlərdə oynaya bilər:
“Bundan öncə də dəfələrlə xəbər, sənədli film, serail və filmlərdə məhkumların çıxışına şərait yaradılıb. Lakin bu hadisə xəbərlərdə ilk dəfə baş vermiş kimi göstərilir.
Məhkumların televiziya proqramları, serial, film, xəbər və digər bu kimi yayınlarda çıxışına icazə verilməsi sosial fəaliyyətin artırılması üçün nəzərdə tutulub. 2014-2015-ci illərdə 50-yə yaxın məhkuma bu yöndə icazə verilib”.


Son xəbərlər
Son Xəbərlər