“Heç kim inanmırdı, amma İlham Əliyevlə biz inanırdıq...”

hec-kim-inanmirdi-amma-ilham-eliyevle-biz-inanirdiq
Oxunma sayı: 8569

Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin arasındakı yeni marşrutu unikal hesab edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvili İliçevsk layihəsinin təqdimetmə mərasimindəki çıxışında jurnalistlərə deyib.

“Mən bu layihəni hələ 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevlə, daha sonra isə Ukrayna dövlət başçısı Petro Poroşenko ilə müzakirə etmişdim. Biz elə o vaxt bu işin uğuruna inanırdıq. Heç kim inanmırdı, amma biz inanırdıq...”

Qeyd edək ki, yanvarın 15-də Ukrayna-Gürcüstan-Azərbaycan-Kazaxıstan-Çin marşrutu ilə İliçevsk limanından ilk təcrübə reysi yola düşüb. Bu, Rusiyadan yan keçməklə İpək yolunun yeni istiqaməti olacaq. / Haqqın.az