Bu gün biznes-ledi Ruhinin övladları ilə bağlı saytlarda məlumat yayılıb. Bundan əvvəl də bu tipli yazılar yazılmışdı və həmin yazılarda da uşaqların anasının Ruhi olmadığı iddia edilirdi. Bununla bağlı “Qafqazinfo”ya Ruhinin açıqlaması daxil olub. Həmin açıqlamanı təqdim edirik:
“Əvvəlcədən bəyan edim ki, yazılanlar tam mənada həqiqətdən uzaq, yanlışdır. Ancaq onu da qeyd etməyi lazım bilirəm ki, sözügedən anonim məktub və yazı mən ana olduqdan sonra haqqımda yayılan ilk qərəzli məlumat deyil. Bundan əvvəl də belə yalanlarla dolu yazılar başqa qəzet və saytlarda işıq üzü görüb. Sadəcə, bu dəfə məktub müəllifi ictimaiyyəti çaşdırmaq, əsl niyyətini gizlətmək üçün yalanları daha ustalıqla həqiqət kimi qələmə verməyə çalışıb. Bu «adsız qəhrəmanların» bu cür üsullarla hansı niyyəti güddüklərini dəqiq deyə bilməsəm də, kimlikləri barədə müəyyən şübhələrim var. Mən onlara üzümü tutaraq, demək istəyirəm ki, başqalarına qarşı yalan ittihamlar irəli sürərkən, vicdanlarının səsinə qulaq assınlar. Əgər onlarda vicdan həqiqətən varsa...
Hörmətli redaksiya, bu cür böhtanları yazanların əsl məqsədi yalnız ictimaiyyəti çaşdırmaq deyil, həm də fitnə-fəsad törətmək, insanları bir-birinə qarşı qoymaqdı. «Adsız qəhrəmanın» məktubundan da açıq görünür ki, burada maraqlı olan 3-cü bir tərəf var. Hansı ki, yalnız mənə deyil qarşı tərəfə də böhtanlar atırr, onların adından yalan məlumatlar yayır. Bununla da tək mənə deyil, yazıda adları çəkilən digər şəxslərin də ictimai nüfuzuna zərbə vurur, qınaq obyektinə çevirir.
Əlbəttə, atalarımızın yaxşı bir sözü var: «yalan ayaq tutar, yeriməz». Anonim məktubların arxasında gizlənənlər bu cür məktublarla insanları müvəqqəti olaraq çaşdıra bilsələr də, onların istəklərinə nail olmayacağını əminliklə bildirirəm. Belə həssas məqamı fürsət bilən «anonim qəhrəmanlar»a tələsməməyi tövsiyə edirəm. Zaman özu bütun həqiqətləri ortaya cixaracaq.
Eyni zamanda bəyan edirəm ki, «adsız qəhrəmanlar» bu cür qarayaxmanı davam etdirərlərsə, bir Azərbaycan vətəndaşı kimi onları dövlətinin qanunları qarşısında cavab verməyə məcbur edəcəm. Kimliyindən asılı olmayaraq.
Məktub mənə qarşı başdan ayağa iftiralardan ibarət olsa da, iki məqama xüsusi diqqət yetirməyi lazım bilirəm. Birincisi türk klinikasına qarşı rüşvət ittihamı irəli sürülür ki, bunun açıq yalan olduğunu xüsusi izah etməyə ehtiyac duymuram. Yəqin ki, klinikadan da qanunlar çərçivəsində bunun cavabı veriləcək.
İkinci isə «adsız qəhrəman» məni övladlarımdan istifadə edərək var-dövlət ələ keçirmək isitəməkdə ittiham edir. Məni tanıyanlar bilir ki, heç vaxt madiyyat, var-dövlət dalınca qaçmamışam. Bu gündə heç kimin pulunda və varında gözüm olmadığını bəyan edirəm. Mənim üçün əsas olan şəxsimin və övladlarımın şərəf və ləyaqətidir. Bunun aşağılanmasına icazə verməmişəm, vermərəm.
Hörmətli mətbuat numayəndələri, mətbuata və jurnalistlərə böyük hörmətimin olduğunu bildirməklə yanaşı, sizdən də bu cür əsası olmayan, yoxlanılmamış yazıları çap etməməyi xahiş edirəm”.
Son xəbərlər
Son Xəbərlər