Həmid Herisçinin vəziyyəti ağırdır - Yenilənib

hemid-heriscinin-veziyyeti-agirdir
Oxunma sayı: 8421

Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həyat yoldaşı, tanınmış jurnalist İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb.

O, Həmid Herisçinin qızılcaya yoluxduğunu bildirib: “Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”.

***

TƏBİB-dən verilən məlumata görə, 1960-cı il təvəllüdlü Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə bu gün saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir: “Pasientin vəziyyəti ağır qiymətləndirilir”.