Həmin 1 dəqiqə... - Fotolar

hemin-1-deqiqe
Oxunma sayı: 6397

20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq saat 12:00-da Azərbaycan ərazisində 1 dəqiqəlik sükut qeydə alınıb. 

“Qafqazinfo”nun məlumatına görə, nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Fotolar: Xəyal Vəlizadə