Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu

hemkendlisini-qesden-oldurmekde-subheli-bilinen-sexs-tutuldu
Oxunma sayı: 2107

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Yevlax rayonun Əkşəm kəndi ərazisində 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlu öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Yevlax rayon prokurorluğu da məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhliyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.