Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Xankəndidə tədbir - Fotolar

heyder-eliyevin-100-illik-yubileyi-ile-bagli-xankendide-tedbir
Oxunma sayı: 2267

Hərbi Prokurorluq ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Xankəndidə tədbir keçirib.

Bu barədə Hərbi Prokurorluqdan “Qafqazinfo”ya məlumat verilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev və hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb. 

Hərbi prokurorun böyük köməkçisi baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi ədliyyə polkovniki Emil Kərimov və digər çıxışçılar istiqlal yolumuzu və firavan gələcəyimizi nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan dahi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb.