Hikmət Hacıyev onlara təşəkkür etdi

hikmet-haciyev-onlara-tesekkur-etdi
Oxunma sayı: 2541

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qeyri-obyektiv qərarına münasibət bildirməsinə görə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, Hikmət Hacıyev bu haqda tvitterdə yazıb:

“Dəyərli Mevlüt bəy, PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

Himət Hacıyev Fəxrəddin Altuna Türkiyənin Azərbaycana olan daimi dəstəyinə görə təşəkkürünü bildirib:

“Hər zaman şəxsən və Kommunikasiya İdarəsi olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”.