Toy rəqsləri gündəm oldu - Video

toy-reqsleri-gundem-oldu
Oxunma sayı: 758

“Survivor” yarışmasının qalibi, aktyor Hilmi Cem İntepe sevgilisi Pırıl Atasevlə ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün İstanbuldakı dəbdəbəli toy mərasimi ötən axşam baş tutub.

Toyda bir çox tanınmış simalar iştirak ediblər. Mərasimdən kadrlar sosial şəbəkələrdə geniş yayılıb.

Peşəkar rəqqasə olan Pırıl Atasev ilə Hilmi Cem İntepenin toy rəqsi də sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, 2013-cü ildə “Survivor”da çempion olduqdan sonra aktyorluq fəaliyyətinə başlayan Hilmi Cem İntepe 2024-cü ildə Londonda Pırıl Atasevə evlilik təklifi etmişdi.