Hindistanda MiQ-21 qəzaya uğradı, pilot öldü

hindistanda-miq-21-qezaya-ugradi-pilot-oldu
Oxunma sayı: 1138

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri Tvitterdə məlumat yayıb.

"Bu gün saat 20:30 radələrində Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi ilə təlim uçuşu zamanı qərb sektorunda uçuş zamanı qəza baş verib. Əlavə məlumat gözlənilir. Faktla bağlı araşdırma aparılır", - paylaşımda qeyd edilib.

Hindistan mətbuatının məlumatına görə, hadisə Hindistan-Pakistan sərhədi yaxınlığında, Racastan ştatında baş verib. Təyyarənin pilotu həlak olub.

Qeyd edək ki, bu 2021-ci ildə Hindistanda MiQ-21-in iştirakı ilə baş verən beşinci qəzadır.