Hüseynin kortejlə avtoşluğuna görə həbslər başladı

Hüseynin kortejlə avtoşluğuna görə həbslər başladı
Oxunma sayı: 6208

Samara vilayətinin qubernatoru Dmitri Azarov oktyabrın 6-sı, gecə saatlarında kortejlə avtoşluq edən azərbaycanlı blogger Hüseyn Həsənovla dostlarının sərt şəkildə cəzalandırılmasını, məsuliyyətə cəlb edilməsini tələb edib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qubernator bildirib ki, bu cür nümayiş aksiyaları yeniyetmələri oxşar hərəkətləri davam etdirməyə təhrik edir. O, yarışda iştirak edən avtomobillərin qeydiyyat nömrələrinin müəyyənləşdirildiyini qeyd edib.

Bu məqamda bildirək ki, yol polisi əməkdaşları sosial şəbəkələrdə yayılmış qeydləri araşdıraraq, 6 oktyabr saat 3:45-dən 3:50-dək 12 avtomobildən ibarət kortejin Voljskiy prospektində yol hərəkəti qaydalarını pozduğu qənaətinə gəliblər. 11 avtomobil Sankt-Peterburq şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Həsənova məxsus “Gelandewagen” markalı maşını izləyib.

Rusiya Daxili İşlər Nazirliyinin Samara bölgəsindəki Baş İdarəsinin Mətbuat xidmətindən bildirilib ki, qayda pozanlar barəsində inzibati işlər açılıb. Onlardan 4-ü artıq cinayət məsuliyyətinə cəlb olunub. 

Bölgənin yol polisinin rəhbəri Yuri Nekrasov digər sürücülərin də kimliyinin müəyyənləşdirilərək onların da məsuliyyətə cəlb ediləcəyini vəd edib.

Qeyd edək ki, H. Həsənov Azərbaycan və Rusiyada geniş tamaşaçı kütləsinə malikdir. Onun instaqram izləyicilərinin sayı artıq 12 milyona çatır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi