İçərişəhərdə bərpa olunan pilləkənlərlə bağlı - Rəsmi açıqlama

iceriseherde-berpa-olunan-pillekenlerle-bagli
Oxunma sayı: 5757

Bir neçə gündür “Sultan Murad darvazası” qarşısındakı ərazidəki pilləkənlər və ümumiliklə bərpa işləri ilə bağlı xəbərlər sosial şəbəkələrdə müzakirə mövzusu olub. İnsanlar sözügedən təmir-bərpa işlərini birmənalı qarşılamayıblar. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən (DTMQ) APA-ya verilən məlumata görə, qeyd olunan pilləkən ərazisi XX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edilib.

“Son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalıb, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaradıb. 2023-cü ilin birinci rübündə aparılmış təmir bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülüb, səkilər yenilənib, işıqlandırma təmin edilib və ərazi tam olaraq abadlaşdırılıb. Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil”, - deyə açıqlamada bildirilib.