İcra başçısı peyvənd olundu - Foto

icra-bascisi-peyvend-olundu
Oxunma sayı: 2473

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olunub. 

Bu barədə Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib. 

O bildirib ki, bir müddət öncə İ.Gülməmmədovaya peyvəndin birinci dozası vurulmuşdu. Lazımı müddət keçəndən sonra müvafiq olaraq 2-ci dozanın vurulması həyata keçirilib və peyvəndləmə başa çatıb. 

İ.Gülməmmədovanın səhhəti normaldır və vaksinasiyadan sonra hər hansı bir yan təsir müşahidə edilməyib.