İcra başçısının köməkçisi intihar etdi?

icra-bascisinin-komekcisi-intihar-etdi
Oxunma sayı: 7383

Sosial şəbəkələrdə Masallı rayon icra başçısının köməkçisi Elşən Sadıqovun intihar etməsi xəbəri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Trend-ə açıqlamasında E.Sadıqovun öldüyünü təsdiqləsə də, hadisənin intihar olmasını təkzib edib.

Q.Hadıyev bildirib ki, E.Sadıqov dekabrın 28-dən 29-na keçən gecə yaşadığı mənzildə vəfat edib: "Bu barədə məlumat almışıq. Amma mərhumun atası bildirib ki, Elşən Sadıqov ürək tutmasından dünyasını dəyişib".