Ağcabədidə iki əmioğlu külli miqdarda lotereya uduşuna görə əlbəyaxa davaya çıxıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, qohumlar arasında məbləğin bölünməsi ilə bağlı yaranmış anlaşmazlığa görə DİN-in 102 Zəng Xidmətinə müraciət edilib. Həmin şəxslər Ağcabədi RPŞ-yə dəvət olunub, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb, problemli məsələnin həll olunması üçün aidiyyəti üzrə yönləndirilib.
Xəbəri rus dilində oxuyun: AzTV начало сотрудничать с самой авторитетной медиа-компанией Пакистана
Qohumların polis tərəfindən saxlanılması haqda yayılan məlumat həqiqətə uyğun deyil.
Qeyd edək ki, əmioğlular lotereya bileti alaraq 200 min manat mükafat qazanıblar.
Son xəbərlər
Son Xəbərlər