İki ilə 3 nəfəri öldürmüşdü - Bu səbəbdən azadlığa çıxdı

iki-ile-3-neferi-oldurmusdu
Oxunma sayı: 5158

2005-ci ildə Ağstafa rayonunda 1973-cü il təvəllüdlü Brilyant Kosayevanı qətlə yetirmiş 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə D.Nəbiyevə hökm oxunub.

Məhkəmədə bildirilib ki, D.Nəbiyev 2006-cı ildə dostu ilə birgə 2 nəfəri qətlə yetirib və həmin vaxt həbs edilib. 16 il müddətə azadlıqdan məhrum edilən Dursun ötən ilin avqust ayında azadlığa çıxıb. Bu ilin əvvəlində isə onun 2005-ci ildə Brilyant Kosayevanı da qətlə yetirməsi müəyyənləşib. Həbs edilən D.Nəbiyev illər əvvəl qətlə yetirdiyi şəxsi basdırdığı yeri göstərib və bu ilin aprel ayında qadının meyitinin qalıqları tapılaraq ailəsinə təhvil verilib.

Məhkəmə D.Nəbiyevi bu dəfə 15 il müddətinə azadlıqdan məhrum edib. Lakin onun hadisədən sonra 16 il müddət həbsdə saxlanması nəzərə alınaraq D.Nəbiyev dekabrın 18-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzası çəkilmiş hesab edilərək azadlığa buraxılıb.