İlham Əliyev respublika müşavirəsi keçirir

ilham-eliyev-respublika-musaviresi-kecirir
Oxunma sayı: 717

Aprelin 17-də Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş sərgidə nümayiş olunan məhsullar barədə məlumat verib. 

Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, “Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, “Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov, “Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə, “D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.