“İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”

ilham-eliyev-rusiyani-en-yaxsi-taniyan-liderlerden-biridir
Oxunma sayı: 4204

“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. 

“Ölkələrlə regional problemləri də müzakirə edirik. Məsələn, qardaşım - Azərbaycan Prezidenti İlham Əliyevin bir günlük səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. O, Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. O, bu müharibənin ən yaxşı analitiklərindən biridir. Bizim onunla bu mövzularda çox açıq və aydın danışmaq imkanımız oldu”, - deyə Ərdoğan qeyd edib.