İlham Əliyevdən Baş Prokurorluqla bağlı - Sərəncam

ilham-eliyevden-bas-prokurorluqla-bagli-
Oxunma sayı: 7947

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda aşağıdakı dəyişikliklər edilib:

- 6-cı hissədə “Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin” sözləri “Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin” sözləri ilə əvəz olunub.

Həmçinin aşağıdakı məzmunda 12-1-ci və 13-1-ci hissələr əlavə edilib:

“12-1. İnformasiya-kommunikasiya texnologiyaları idarəsi

13-1. Mətbuat xidməti (şöbə səlahiyyətli)”.