İlk dəfə arvadı ilə görüntüsünü paylaşdı

ilk-defe-arvadi-ile-goruntusunu-paylasdi
Oxunma sayı: 9311

Əməkdar artist Vasif Məhərrəmli ilk dəfə xanımı ilə birgə çəkilən görüntülərini sosial şəbəkədə paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, Yeni ili ailəsi ilə birgə keçirən müğənni instaqram səhifəsində video yayımlayıb. 

Həmin görüntülərdə Məhərrəmlinin mediadan gizlətdiyi xanımı Nüşabə, birinci evliliyindən dünyaya gələn qızı Əfşan və oğlu Məhəmmədəli yer alıb. 

Qeyd edək ki, müğənninin öz qohumu ilə toyu 2013-cü ildə Qazaxda baş tutub. 

O, 2014-cü ildə ikinci dəfə ata olub.