“İlk dəfə olaraq belə bir dərslik hazırlanıb”

ilk-defe-olaraq-bele-bir-derslik-hazirlanib
Oxunma sayı: 974

“İlk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərslik hazırlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli  Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Bu dərslik incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından mühüm addım hesab olunur. Hazırda digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması istiqamətində işlər davam etdirilir”, - nazir qeyd edib.

Nuranə Daxilqızı