İlk özü idarə olunan uçan taksini sınaqdan keçirdilər

ilk-ozu-idare-olunan-ucan-taksini-sinaqdan-kecirdiler
Oxunma sayı: 643

Yaponiyanın “SkyDrive Inc.” startapı özü idarə olunan avtomobilin ilk nümayiş uçuşunu həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Yaponiyanın “Kyodo” xəbər agentliyi məlumat yayıb.

SD-05 uzaqdan idarə olunan pilotsuz uçuş aparatı “Mitsubishi Estate Co.” və “Kanematsu Corp” tərəfindən hazırlanıb. Avtomobil Tokio körfəzi üzərində ilk uzaqdan idarə olunan uçuşunu həyata keçirib. Uçuş təxminən üç dəqiqə yarım davam edib və təxminən 150 metr məsafəni qət edib.

Taksi 12 rotor və akkumulyatora malikdir. Bu batareyalarla o 15-40 kilometr məsafə qət edə bilir. Avtomobil üç nəfəri daşımaq üçün nəzərdə tutulub. Tərtibatçılar qeyd ediblər ki, kiçik ölçüləri sayəsində o helikopterlər və ya digər təyyarələr üçün uyğun olmayan ərazilərə enə bilir.