İllər sonra Tərtərçaya qovuşan su... - Video

iller-sonra-tertercaya-qovusan-su
Oxunma sayı: 9183

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Suqovuşan kəndinin düşmən işğalından azad edilməsindən sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Nəticədə üç rayonun - Tərtər, Goranboy və Yevlaxın su təminatında əsaslı şəkildə dəyişiklik baş verib.

Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində sözügedən rayonlara suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

“Qafqazinfo” cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları Tərtərçayının hazırkı vəziyyətini əks etdirən görüntüləri lentə alıb.

Emin Səfərov

Video: Pərvin Zeynal