İllərdir küsülü olduğu Brilliant Dadaşovaya barışıq əli uzatdı - Video

illerdir-kusulu-oldugu-brilliant-dadasovaya-barisiq-eli-uzatdi
Oxunma sayı: 3832

Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu Xalq artisti Brilliant Dadaşovaya barışıq əli uzadıb.

“Qafqazinfo” xəbər verir ki, “Rəngarəng səhər” verilişində qonaq olan müğənni həmkarının ünvanına bunları deyib:

“Allah bircə balasını saxlasın, toy qismət eləsin. Allah onun sənət, həyat yolunu hamar etsin. Gözəl qadındır. Gözəlliyinə uyğun daha da gözəl həyat yaşasın. Bu sözləri ona çatdıracaqlar. Heç bilmirdim bu sualı alacağam. Bundan sonra nə olacaq, bilmirəm. O da qarşılıq versə, nə gözəl! Demək, Azərbaycan incəsənətində dostluq var. Niyə də birlikdə verilişdə qonaq olmayaq?!”