İmamoğludan ilk açıqlama - Fotolar

imamogludan-ilk-aciqlama
Oxunma sayı: 13450

İstanbul böyükşəhər bələdiyyə başçısı namizədi Əkrəm İmamoğlu seçkidə qalibiyyətini şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə istanbullulara müraciətində deyib:

“16 milyon istanbullu qalib gəldi. Təbrik edirəm. Bu seçkiyə etirazımız yoxdur. Bizim yerimizdən başqa heç nə yoxdur. Millətin hər bir fərdinə, hər inanca, bütün məzhəblərə, bu şəhərin hər bir insanına xeyirli olsun”. 

“Bu şəhəri bizə Fatih Sultan Mehmet əmanət edib. Bir dövr bağlandı, digəri açıldı. Bu seçki ilə biz bu şəhəri sıxışdıran bir çox pislikləri kənara atdıq. Bu şəhərdə yeni mədəniyyət başladı. Millətin pulu indi millətindir. Bu şəhər eyni zamanda, bizə Mustafa Kamal Atatürkün əmanətidir” - CHP namizədi bildirib.

İmamoğlu, həmçinin instaqram hesabında “Təşəkkürlər, İstanbul” başlığı altında fotolar paylaşıb.

Xəbəri rus dilində oxuyun: Задержан мужчина, утопивший своего ребенка

Qeyd edək ki, ilkin nəticələrə görə, İstanbul üzrə Ə.İmamoğlu M.Kurumu azı 10 faiz qabaqlayır.