İmtahanda güzəşt edildi - Bəs, bu səhvi bağışlamaq olar?

imtahanda-guzest-edildi
Oxunma sayı: 1507

Azərbaycan Dillər Universitetinin tələbələrinin iki gündür dövlət imtahanlarının ləğvi tələbi ilə keçirdikləri aksiya gündəmdən düşmür.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, universitetin tələbələrin xeyrinə qərarından sonra günün qəhrəmanlarının aksiya zamanı qaldırdıqları şüarlar müzakirə mövzusuna çevrilib.

Belə ki, tələbə qızlarında yazdıqları “We don't uneducated!!!” ifadəsi səhv olduğu üçün tənqidlərə və ironiyaya səbəb olub. Sosial şəbəkə istifadəçiləri imtahan verməyə etiraz edən tələbələrin ingilis dili biliyinin aşağı olmasına diqqət çəkiblər. 

Hətta, bu mövzudan öz xeyrinə istifadə etmək istəyənlər də olub. Dil kurslarından biri aksiyada çəkilən fotonu paylaşaraq “Daha yaxşı təhsil üçün İELTS-ə etiraz etmə”, “Dillər Universiteti tələbələri üçün xüsusi endirimlər” məzmunlu postlar paylaşıb.

Murad Əhməd