“İnam Kərimovun gəlişindən sonra məhkəmə sistemində yeni ab-hava yaranıb”

inam-kerimovun-gelisinden-sonra-mehkeme-sisteminde-yeni-ab-hava-yaranib
Oxunma sayı: 3014

“Məhkəmə sistemində vaxtilə müəyyən nöqsanlar, çatışmazlıqlar olub. Ancaq təbii ki, sonradan inkişaf olub, neqativ hallara qarşı mübarizə də aparılıb”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deyib.

“Bu yaxınlarda qəbul edilən yeni qanunvericiliyə görə, məhkəmələrin bütün səlahiyyətləri Məhkəmə-Hüquq Şurasına həvalə edildi. Azərbaycanda təmizliyi, şəffaflığı ilə diqqəti cəlb edən Ali Məhkəmənin sədri hörmətli İnam Kərimov, eyni zamanda Məhkəmə-Hüquq Şurasının sədri seçildi. Fikrimcə, İnam Kərimovun gəlişindən sonra məhkəmə sistemində yeni bir ab-hava yaranıb”.

Sail Ağasəlim