İngiltərə də Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

ingiltere-de-pekin-olimpiya-oyunlarini-diplomatik-boykot-etdi
Oxunma sayı: 1528

Böyük Britaniyanın Baş naziri Boris Conson idmançıların Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edə biləcəyini, lakin nazirlər və rəsmilərin diplomatik boykot tətbiq edəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Conson Çinin uyğur türklərinə qarşı bu cinayətlərinə görə bu qərarın verildiyini açıqlayıb.

Conson deyib ki, hökumət Çində insan haqlarının pozulması ilə bağlı narahatlığını dilə gətirməkdən çəkinmir.

Həmçinin oxuyun: ABŞ Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi