İngiltərədə “qadın” və “ana” sözlərindən imtina olundu

İngiltərədə “qadın” və “ana” sözlərindən imtina olundu
Oxunma sayı: 3180

Böyük Britaniyada Mama və Ginekologiya üzrə Kral Kolleci "qadın" və "ana" sözlərindən istifadə etməməklə bağlı qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, Kollec yeni doğulmuşlarla bağlı təlimatlar dərc edib. Təlimatda “qadın” və “ana” sözləri “insanlar” sözü ilə əvəzlənib.

"Xəstəxanada doğuşdan sonrakı dövrdə olan insanlarda tibb bacısı çağırma düyməsi və körpə üçün çarpayı beşiyi olmalıdır", - təlimatda yazılıb.

Bu əvəzlənmə sosial şəbəkələrdə geniş auditoriya tərəfindən müzakirə və sərt tənqid olunub.

Kollecin icraçı direktoru Gill Uilton tənqidlərdən sonra rəsmi olaraq üzr istəyib.