İran Azərbaycanla sərhəddə hərbi təlimə başladı

iran-azerbaycanla-serhedde-herbi-telime-basladi
Oxunma sayı: 2830

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru qoşunları Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında hərbi təlimlərə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “IRNA” agentliyi yayıb.

Məlumata görə, təlimlər illik plana uyğun olaraq və Quru Qoşunlarının döyüşə hazırlığının artırılması məqsədilə keçirilir.