İran Qətəri vurdu - Yenilənib+Video

iran-qeteri-vurdu
Oxunma sayı: 9628

İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.

Bu barədə “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, Dohada növbəti partlayışlar eşidilib.

***

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, ABŞ-nin İraq və Qətərdəki bazalarına qarşı “Qələbənin müjdəsi” adlı raket əməliyyatı başlayıb.

***

Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Ağ Ev və ABŞ Müdafiə Nazirliyi Qətərdəki “Əl Udeid” hava bazası üçün potensial təhlükələrdən xəbərdardır və onları yaxından izləyir.

***

İraqın “Shafaq News” portalı xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfirliyi və İraqda ABŞ hərbçilərinin yerləşdiyi hərbi bazalarda yüksək hazırlıq rejimi elan edilib.

***

ABŞ-nin İraqdakı aviabazası yüksək hazırlıq vəziyyətinə gətirilib, personala bunkerlərə sığınmaq əmri verilib.

***

Qətər hava hücumundan müdafiə qüvvələri ABŞ-nin “Əl-Udeid” hərbi bazasına raket hücumunun qarşısını alıb.

Bu barədə “Əl-Cəzirə” televiziyası müdafiə nazirinə istinadən bildirir.

Həmçinin bildirilib ki, hücum zamanı ölən və ya yaralanan yoxdur.

***

ABŞ hərbi rəsmisi “Reuters” agentliyinə bildirib ki, Qətərdən başqa heç bir ABŞ bazasına İran hücumu qeydə alınmayıb.