İrana PUA hücumu oldu - Video

irana-pua-hucumu-oldu
Oxunma sayı: 4021

İranın şimalındakı Rəşt şəhərinin ətrafına bir neçə pilotsuz uçuş aparatı ilə hücum edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini məlumat yayıb.

“Təxminən bir saat əvvəl bir neçə pilotsuz uçuş aparatı İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub, bütün PUA-lar məhv edilib. 

Lakin dronların haradan göndərildiyi açıqlanmır.