İranda Ümrə ziyarəti təxirə salındı - Rəsmi

iranda-umre-ziyareti-texire-salindi
Oxunma sayı: 5184

İranda zəvvarların yaxın vaxtlarda planlaşdırılan Ümrə ziyarəti rəsmi olaraq ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Həcc və Ümrə Təşkilatı  yayıb.

Bildirilib ki, icazələrin alınmamasında yaranan gecikmələr səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına gedə bilməyəcək.

Məlumata görə, bu və növbəti uçuşlar texniki səbəbdən ləğv edilib. 

Buna görə ziyarət üçün qeydiyyatdan keçən minlərlə iranlının ödəniş haqqı 2 günə qaytarılacaq.