“İrandakı etirazlarda 300-dən çox insan həlak olub” - BMT

irandaki-etirazlarda-300-den-cox-insan-helak-olub
Oxunma sayı: 808

“İranda Məhsa Əmininin ölümündən sonra baş verən aksiyalarda 300-dən çox insan həlak olub”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin İnsan haqları üzrə Ali komissarı Volker Turk təşkilatın İnsan Haqları Şurasının İranda insan haqlarının vəziyyətinə dair keçirilən xüsusi sessiyasında deyib. 

Onun sözlərinə görə, aksiyalar zamanı təhlükəsizlik qüvvələri etirazçılara qarşı güllələrdən, gözyaşardıcı qazdan, dəyənəklərdən və s.dən istifadə edib. 

Turk, həmçinin qeyd edib ki, uşaqlar da daxil olmaqla iğtişaşlar zamanı təqribən 14 000 nəfər həbs olunub. 

Ali komissar İran rəhbərliyini dinc etirazçılara qarşı zorakılıq və təzyiqlərə son qoymağa çağırıb. 

Xatırladaq ki, “Iran Human Rights” təşkilatının məlumatına görə isə, İranda etirazlar zamanı 400-dən çox şəxs həlak olub. Təşkilat sözügedən şəxslərin 50-dən çoxunun uşaq olduğunu qeyd edib. 

Qeyd edək ki, İranda aksiyalar səbəbindən saxlanılan 6 nəfər barəsində artıq ölüm hökmü qərarı verilib.