İranın sabiq naziri vitse-prezident oldu

iranin-sabiq-naziri-vitse-prezident-oldu
Oxunma sayı: 3606

Məhəmməd Cavad Zərif İranın strateji məsələlər üzrə vitse-prezidenti təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, yeni vitse-prezident 2013-2021-ci illərdə ölkənin xarici işlər naziri vəzifəsində çalışıb.