Bu ərazilərdə işıq olmayacaq

bu-erazilerde-isiq-olmayacaq
Oxunma sayı: 606

Martın 12-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.