“İraq ərazisindən Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Bildirilib ki, zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Onların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 silahlı hücumda iştirak etdiyi müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər