İrəvan sülh müqaviləsi ilə bağlı Bakıya əlavə təkliflər göndərib

irevan-sulh-muqavilesi-ile-bagli-bakiya-elave-teklifler-gonderib
Oxunma sayı: 2867

Yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı əlavə təkliflərini Azərbaycana çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz sənədini göndərib.

Qriqoryan əlavə edib ki, hələlik rəsmi Bakı bununla bağlı cavab verməyib.