“İrəvandan aydın reaksiya gözləyirik”

irevandan-aydin-reaksiya-gozleyirik
Oxunma sayı: 2678

“Brüsseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında Rusiya qoşunlarının Ermənistandan çıxarılması planlarının razılaşdırılması barədə yayılan məlumatlara İrəvandan aydın reaksiya gözləyirik”.

“Qafqazinfo” “Aysor”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib. 

“Daha əvvəl, İrəvanda ictimai olaraq bildirildi ki, Qərb ölkələri ilə münasibətlərin inkişafı üçüncü ölkələrə qarşı yönəlməyib. Biz Ermənistan rəhbərliyindən yayılan məlumatlara aydın reaksiya gözləyirik”, - deyə Zaxarova qeyd edib.

Qeyd olunur ki, Zaxarova bununla aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ görüşündə tərəflər arasında hərbi-siyasi sahədə razılıqların əldə olunmasına dair yayılan məlumatlara münasibət bildirib.