İrina Zaretska növbəti dəfə dünya çempionu oldu

irina-zaretska-novbeti-defe-dunya-cempionu-oldu
Oxunma sayı: 2482

Azərbaycan karateçisi İrina Zaretska (68 kiloqram) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, finalda İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi üçqat dünya çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında da qızıl medala layiq görülüb.