İsa Qəmbər yeni yaşını xəstəxanada qarşılayacaq

isa-qember-yeni-yasini-xestexanada-qarsilayacaq
Oxunma sayı: 5857

Ötən gün xəstəxanaya yerləşdirilən Müsavat Partiyasının eks-başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhəti stabildir.

Bu barədə “Qafqazinfo”ya onun həyat yoldaşı, şərqşünas alim Aida Qəmbər məlumat verib. O qeyd edib ki, İ. Qəmbərin hazırkı səhhəti stabil və normaldır. 

Qeyd edək ki, bu gün İ. Qəmbərin 61 yaşı tamam olur. O,  24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Milli Azadlıq Hərəkatının yaradıcılarından biridir. 1992-ci  ildə Ali Sovetin sədri seçilib.

Ailəlidir, iki oğlu, bir nəvəsi var. 

Günel Türksoy